Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 108 cinayət faktından 11-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 45 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.