logo

Prezident “Qobu” yarımstansiyasının təmirinə 10 milyon manat ayırdı

18:32 20-12-2018 | icon 2996
Prezident “Qobu” yarımstansiyasının təmirinə 10 milyon manat ayırdı

Prezident İlham Əliyev dekabrın 20-də "Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncamla “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 (on) milyon manat ayrılıb.