Bakı-Həştərxan birbaşa reysi bərpa edilir
“Azərbaycan Hava Yolları” (AZAL) Aviaşirkəti dörd illik fasilədən sonra 2019-cu ilin baharında Bakıdan Həştərxana birbaşa reyslərin bərpa olunmasını planlaşdırır.
YeniAvropa "TASS" agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin səhaliyyətlərini icra edən Denis Afanasyev məlumat verib.
İlkin plana görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
D.Afanasyev dekabrın 18-də və 19-da Həştərxan nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarını şərh edərək deyib: “AZAL şirkəti ilə söhbətimiz uğurlu oldu, aviareyslərin 2019-cu ilin baharında bərpa olunması planlaşdırılır. Hazırda texniki məsələlər və marketinq siyasəti müzakirə edilir. İlkin plana görə, reyslər həftədə iki dəfə həyata keçiriləcək, uçuş müddəti isə hava gəmisinin tipindən asılı olaraq 1 saat 15 dəqiqədən 1 saat 30 dəqiqəyə qədər olacaq”.
Nazir qeyd edib ki, Həştərxan ilə Bakı arasında aviareyslərin bərpa olunması məsələsi regionun qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə müzakirə edilib. Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəkləyib və məsələnin ən qısa müddətdə həll edilməsi barədə tapşırıq verib.
D.Afanasyev bir məqama diqqəti cəlb edib ki, xüsusən Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi hesabına bu istiqamətin yaxşı perspektivləri var.
D.Afanasyev daha sonra deyib: “Bakı aeroportu həm Şərqə, həm də Qərbə doğru yerdəyişmələr üçün əlaqələndirici liman rolu oynaya bilər. Qiymət siyasəti rəqabətqabiliyyətli, habelə Həştərxan vilayətindən və Rusiyanın digər regionlarından olan sərnişinlər üçün münasib olmalıdır. Biz Qazaxıstanın qərb regionlarından olan sərnişinləri də nəzərdə tuturuq”.
AZAL-ın mətbuat xidmətində bu məlumatı dəqiqləşdirərək bildiriblər ki, aviareyslər may ayında bərpa olunacaq və uçuşlar AZAL-ın struktur bölməsi olan aşağı büdcəli “Buta Airways” aviaşirkəti tərəfindən həyata keçiriləcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb