Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün dekabrın 23-də test imtahanı keçirəcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 150 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10-da başlayacaq və 3 saat davam edəcək.
İmtahan kompüter vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.
Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək imtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. Ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.