SOCAR BP ilə birgə Türkiyədə yeni neft-kimya müəssisəsi yaradır
Dekabrın 20-də "BP" və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR və "BP"nin birgə məlumatında deyilir.
Bildirilir ki, Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.
Saziş prinsipləri imzalandıqdan sonra BP və “SOCAR Turkey” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi STEAŞ-a məxsus olan "Star" zavodunun və "Petkim" neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.
“SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib: “Biz 2008-ci ildə "Petkim"i alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən "Star" zavodu, TANAP, "Petlim" konteyner termnalı, "Petkim" külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq. “SOCAR Turkey”in Əliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olmuşdur. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcəkdir. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.”
BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra bildirib: “Layihə irəliləyərsə, bu Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq. BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqdır. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq”.
"BP" və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.
"BP"nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.
"BP" və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlayan, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaradab "Sahdəniz-2" layihəsi də bu siyahıya daxildir.
“Nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”, - deyə “SOCAR Turkey"in baş icraçı direktoru Zaur Qəhrəmanov qryd edib.
“Bu potensial yeni bribaşa investisiya Türkiyənin neft-kimya sənayesində ilk pay investisyamızdır. BP 100 ildən çoxdur ki Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”, - deyə "BP Turkey"in prezidenti Mik Stamp bildirib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb