Mərkəzi Bankın məlumatına görə, noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.