Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə həmyerlimiz Mehdi Məmmədov “Kurmet” (Sərəf) ordeni ilə təltif edilib.
YeniAvropa xəbər verir ki, o, bu mükafata Qazaxıstanda iqtisadiyyatın inkişafında göstərdiyi xidmətlərinə və Azərbaycan-Qazaxıstan əməkdaşlığının gücləndirilməsinə verdiyi töhfələrinə görə layiq görülüb.
Xatırladaq ki, Qazaxıstan Müstəqilliyinin 27 illiyi münasibətilə altı azərbaycanlı müxtəlif orden və medallarla təltif edilib.