logo

İstanbul sahillərində qəzaya uğrayan gəmidə Azərbaycan vətəndaşları da olub

17:31 19-12-2018 | icon 4221
İstanbul sahillərində qəzaya uğrayan gəmidə Azərbaycan vətəndaşları da olub

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşının olması barədə xəbər təsdiqini tapıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev məlumat verib. O, qeyd edib ki, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb. Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb.