logo

Bakının mərkəzində tam yeni üslubda ilk "Bakcell" konsept mağazası açıldı

16:33 19-12-2018 | icon 3185
Bakının mərkəzində tam yeni üslubda ilk "Bakcell" konsept mağazası açıldı

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti paytaxtın mərkəzində, "Fəvvarələr" meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib.

YeniAvropa xəbər verir  ki, Hacı Zeynalabdin Tağıyev küçəsi 19 ("Fəvvarələr" meydanı) ünvanında yerləşən və innovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir.

“"Bakcell" özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, “Bakcell” ininnovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik. Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativmağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq”, -deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Yeni mağazanın açılışı ilə əlaqədar "Bakcell"  xüsusi kampaniya elan edib.

“2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək”,- deyə Nikolai Beckers mağazanın açılışında elan edib.

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabər "Bakcell" abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0,25 AZN təşkil edəcək. Bundan əlavə, mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı  hədiyyələr gözləyir.

"Bakcell" şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də  müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.