logo

Snoptiklərdən xəbərdarlıq: Çaylarda sululuq artacaq

14:12 19-12-2018 | icon 2751
Snoptiklərdən xəbərdarlıq: Çaylarda sululuq artacaq

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya  bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı bildirilir.