2019-cu ildə daha iki ölkədə- Birləşmiş Ərəb Əmirliklərində və Qazaxıstanın iki şəhərində Azərbaycan ticarət evlərinin açılması nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayında çıxışı zamanı deyib.