logo

Paytaxtda daha bir əxlaqsızlıq yuvası aşkarlandı

20:15 18-12-2018 | icon 2793
Paytaxtda daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.

Bakı şəhər Prokurorluğunun YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki,  istintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə ələ keçirdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gəldiklərini, orada pul müqabilində qadınlarla intim əlaqədə olduqlarını bildirib.

Bu xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabrından etibarən həmin obyektin yerləşdiyi ikiotaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvasının təşkilinə şərait yaradıb. O, qadınların müxtəlif məbləğlər qarşılığında ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil edib.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.