2018-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 253 milyon 78 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, on bir ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 827 milyon 446 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 223 milyon 775 min manat, aksizlər üzrə 165 milyon 334 min manat, yol vergisi üzrə isə 36 milyon 521 min manat təşkil edib.