logo

Cari ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

17:15 18-12-2018 | icon 2989
Cari ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanvar-noyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 551 milyon 843 min ABŞ dolları, Türkiyəyə 1 milyard 550 milyon 163 min dollar, İsrailə isə 1 milyard 104 milyon 297 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində isə  əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 855 milyon 908 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 987 milyon 605 min dollar, Rusiya ilə isə 2 milyard 226 milyon 512 min dollar dəyərində olub.