Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43 milyon 375 min ton, yük dövriyyəsi isə 9 milyard 490,1 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 27 milyon 326,7 min tonu və ya 63 faizi avtomobil nəqliyyatı, 10 milyon 361 min tonu və ya 23,9 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 687,7 min tonu və ya 13,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9 faizini və ya 7 milyon 766 min tonunu tranzit yüklər təşkil edib.