Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
Ölkəmizdə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ümumi daxili məhsulda özəl sektorun payı 80 faizi, məşğulluqda isə 75 faizi keçib.
YeniAvropa xəbər verir ki, bu barədə dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda keçirilən regional sərgi-konfransda bildirilib.
Tədbir bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında deyib ki, indiyədək investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövründə sahibkarlıq subyektlərinə 145 milyon manat güzəştli kredit ayrılıb.
Bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 min 584 hektar sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın inkişafı ilə bağlı ümumi dəyəri 160,5 milyon manat olan 26 layihəyə investisiya təşviqi sənədi təqdim olunub.
Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan 14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Abbasov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı məqsədilə yaradılmış Agentliyin fəaliyyəti barədə məlumat verib. Hazırda regionlarda, o cümlədən Xaçmaz və Siyəzəndə fəaliyyət göstərən “KOB dostları” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərildiyi diqqətə çatdırılıb. F.Abbasov bildirib ki, Agentliyin müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, regionlar üzrə “KOB dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda Quba və Qusarda da “KOB dostları” fəaliyyətə başlayacaq. Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar Agentliklə, xüsusilə də “KOB dostları” ilə sıx əməkdaşlığa dəvət edilib.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva qurumların fəaliyyətləri, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi istiqamətində assosiasiyaların gördüyü işlər barədə danışıblar.
Tədbir çərçivəsində sahibkarlarla ənənəvi bazarlarda ölkəmizin mövqeyinin daha da gücləndirilməsini, potensial bazarlarda məhsullarımıza olan tələbatın artdığını nəzərə alaraq mövcud bağların bərpa edilməsi və yeni bağların salınması istiqamətində müzakirələr aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb