Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib
Dekabrın 18-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac təşkil edilib. Hərraca çıxarılan dövlət əmlaklarından 14-ü vətəndaşların marağına səbəb olub.
Komitənin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, budəfəki hərracda 3 qeyri-yaşayış sahəsi, 10 nəqliyyat vasitəsi və yarımçıq tikili özəlləşdirilib. İnvestorların yüksək marağına səbəb olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşir. Rəqabətli mühitdə keçən hərracda ümumi faydalı sahəsi 52,9 kvadratmetr olan bu dövlət obyektinin hərrac qiyməti 3 dəfə artıb. Belə ki, ilkin qiymət 20 min manat təyin edilən əmlaka 60 min manat təklif edən iştirakçı hərracın qalibi olub.
Özəlləşdirilən digər qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsindədir. Şəhərin mərkəzində yerləşməsi və mövcud sahə baxımından adıçəkilən əmlak investorun biznes fəaliyyəti üçün uğurlu seçimdir. Mağaza, restoran və ya digər xidmət sferalarında istifadə üçün uyğun olan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 190,1 kvadratmetrdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki qeyri-yaşayış sahəsi də sahibi üçün faydalı ola bilər. Belə ki, bu obyekti özəlləşdirən şəxs ondan özü istifadə etməklə yanaşı, icarəyə verməklə də gəlir qazana bilər.
Hərrac iştirakçısı Qazax rayonu, Ağköynək kəndindəki su anbarının yarımçıq tikilisini ümumi sahəsi 7 min 641 kvadratmetr olan torpaq sahəsi ilə birlikdə 16 min manata özəlləşdirib. “BMW”, “KAMAZ”, “UAZ” və “Daewoo” markalarına aid avtomobillərin buraxılış tarixləri 1989-2007-ci illərdir. Özəlləşdirilən nəqliyyat vasitələrinin son hərrac qiymətləri isə 2 min 625 manat ilə 5 min 200 manat arasındadır.
Özəlləşdirmə üzrə keçirilən növbəti hərraclardan biri dekabrın 25-də keçiriləcək. İlin son hərracına ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir. Prosesdə iştirak üçün seçim və sifariş prosedurları birbaşa olaraq komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə aparılır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb