Bu ilin yanvar-noyabr aylarında ölkənin neft sektoruna 5 milyard 333,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, 11 ayda neft sektorunda 30 milyard 818 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər də 0,3 faiz çoxalıb.
Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda istehsal olunub. Noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 10,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 20,1 faiz ucuzlaşıb.
Bu il noyabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-oktyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 14,9 manat təşkil edib.