Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 110 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.