2018-ci ilin yanvar-noyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 227 min 588 elektron müraciət daxil olub.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, daxili olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.
Həmçinin bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinə 294 min 394 müraciət daxil olub.