Azərbaycanla İsrail arasında gömrük sahəsində əməkdaşllııq müzakirə edilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardetenin dəvəti ilə reallaşan səfər zamanı dekabrın 16-da iki ölkənin gömrük xidməti nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət, iqtisadi islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri və qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, hökumətlərarası birgə komissiyanın iclasının protokoluna uyğun olaraq, gömrük qurumlarına protokolda əksini tapan aidiyyəti məsələlərin müzakirə edilməsi və müvafiq işin aparılması tapşırılıb.
Səfər Mehdiyev, həmçinin Azərbaycan və İsrail arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, İsrail Gömrük Xidməti ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. O, son zamanlar Azərbaycan gömrük sistemində aparılan islahatlar haqqında məlumat verib, eyni zamanda, malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə olunması sistemi sahəsində İsrail tərəfi ilə qarşılıqlı təcrübə mübadiləsinin önəmindən söz açıb.
İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardete iki ölkənin gömrük orqanları arasında əlaqələrdən danışıb, İsrail tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev gömrük sisteminin təkmilləşdirilməsi üçün tətbiq olunan innovasiya metodları mövzusunda təqdimatla çıxış edib.
İsrail nümayəndələri isə bu ölkənin gömrük xidmətində malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə olunması sistemi, informasiya və kommunikasiya texnologiyalarına dair təqdimatlar keçirib.
Sonra gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb və əldə olunan razılıqlar üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İordaniya Haşimilər Krallığı ilə sərhəddə yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə səfər edib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olublar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb