logo

Cari ildə Azərbaycanda 35,4 milyon ton neft çıxarılıb

20:18 17-12-2018 | icon 2835
Cari ildə Azərbaycanda 35,4 milyon ton neft çıxarılıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 35 milyon 467,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 27 milyard 746 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 17 milyard 417 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəbərdə bildirilib ki, 11 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32,3 milyard manat olmaqla əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 0,2 faiz çoxalıb.

Ölkədə neft istehsalı 0,2 faiz, qaz hasilatı isə 4,9 faiz artıb.