logo

Lerikdə 15 ədəd qızılağacını kəsdilər

18:10 17-12-2018 | icon 2562
Lerikdə 15 ədəd qızılağacını kəsdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Lerik rayonunun Vizəzəmin kəndi ərazisində yaşköküstə 15 qızılağac ağacının kəsildiyi faktını aşkarlayıblar.

ETSN-dən YeniAvropa-ya bildiriblər ki, ağacların kəsilməsi nəticəsində təbiətə 8900 manat məbləğində ziyan dəyib.

Araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyənləşib və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.