2018-ci ilin 11 ay ərzində Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 726 milyon dollar yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon dollar çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, 2018-ci ilin hesabat dövründə Azərbaycandan Ukraynaya 311 milyon 355 min 36 dollar dəyərində məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 414 milyon 470 min 26 dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikinci yerdədir.