Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələr və pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan yüksək səsyayıcı xüsusiyyətə malik 13 min 962 ədəd partlayıcı pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər fasiləsiz həyata keçirilir.