logo

Son iki ayda 46 nəfər dəm qazından zəhərlənib

14:57 15-12-2018 | icon 2352
Son iki ayda 46 nəfər dəm qazından zəhərlənib

Qış fəslinin gəlməsi ilə dəm qazından zəhərlənmə halları artıb. Ən adi təhlükəsizlik qaydalarına əməl edilməməsi arzuolunmaz və fəlakətli nəticələrə gətirib çıxarır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun YeniAvropa-ya verdiyi məlumata görə, oktyabr ayında 9, noyabr ayında 21, dekabrın birinci yarısında isə 21 xəstə kəskin inhalasiyon dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib. Zəhərlənənlər arasında 7 uşaq da həkimlərin səyi nəticəsində həyata qaytarılıb.

Zəhərlənmə diaqnozu qoyulanların 6-nın vəziyyəti ağır, qalanların isə orta ağır olaraq qiymətləndirilib. Dəm qazından zəhərlənənlər arasında ölüm halları qeydə alınmayıb.