Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçiriləcək
Türkmənistan Birinci Xəzər İqtisadi Forumunu keçirməyə hazırlaşır.
YeniAvropa xəbər verir ki, bu barədə “Türkmənistan bu gün” Dövlət İnformasiya Agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, tədbirə hazırlıq məqsədi ilə dövlət başçısının sərəncamına müvafiq olaraq təşkilat komitəsi yaradılıb. Ənənəyə görə, hər il avqustun 12-də Xəzər Dənizi Günü qeyd edilir. Forum da 2019-cu ilin elə həmin günündə “Avaza” Milli Turizm Zonasında keçiriləcək. Bu barədə prezident Qurbanqulu Berdiməhəmmədova Türkmənistan hökumətinin iclasında Baş nazirin müavini Rəşid Meredov məlumat verib.
Birinci Xəzər İqtisadi Forumuna hazırlıq işlərini təmin etmək üçün Xarici İşlər Nazirliyində əlaqələndirmə mərkəzi yaradılacaq. Forumun keçirilməsi konsepsiyasının layihəsi baxılması üçün Türkmənistan liderinə təqdim edilib.
Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzər regionu ölkələri ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək Türkmənistanın xarici siyasət kursunun prioritet vektorları sırasındadır.
Regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzər dənizinin strateji əhəmiyyəti, onun mühüm tranzit-nəqliyyat və logistik qovşaq rolu Xəzəryanı dövlətlərin səylərinin daha sıx birləşdirilməsini zəruri edir. Bu məsələyə toxunan Prezident Qurbanqulu Berdiməhəmmədov Baş nazirin müavini, xarici işlər nazirinə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinə kompleks hazırlıq üzrə tapşırıqlar verib.
Birinci Xəzər İqtisadi Forumunun 2019-cu ildə Türkmənistanda keçirilməsi barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekun sənədində əks olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb