Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.
ASK-nın mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, konfederasiyanın Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – qurultay keçirilir.
Tədbirdə konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, qurumun üzvləri tərəfindən səsvermə yolu ilə növbəti müddətə idarəetmə orqanları formalaşdırılacaq, eləcə də təşkilatın fəaliyyətinin əsas istiqamətləri və məqsədləri müəyyən ediləcək.