Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.
YeniAvropa xəbər verir ki, bu haqda "virtualaz.org" saytı məlumat yayıb. Xəbərdə qeyd edilib ki, deputatın sərxoş halda saldığı dava sayt rəhbərinin gözlərinin qarşısında baş verib.
Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.
Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar.
Xatırladaq ki, ötən ay KİV-də BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə İspaniyada dava salması ilə bağlı xəbərlər yayılmışdı.