logo

Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq

18:37 14-12-2018 | icon 3010
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq

2019-cu ildə Moskvada Azərbaycanın iki şərab evinin açılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Nazir növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan şərab evlərinin açılacağını diqqətə çatdırıb.