Bu il Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 574 nəfər saxlanılıb. Bundan başqa, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, həmçinin axtarışda olan 5561 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
YeniAvropa xəbər verir ki, bu barədə dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.
Bildirilib ki, il ərzində 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.