logo

Bakıda I Karyera sərgisi keçirilir

13:37 14-12-2018 | icon 2968
Bakıda I Karyera sərgisi keçirilir

Azərbaycan Texniki Universitetində I Karyera sərgisi keçirilir.

YeniAvropa xəbər verir  ki, sərgidə 79 şirkət, ümumilikdə 267-dən çox tələbə və məzuna müxtəlif vakansiyalar üzrə iş yerləri təklif edir.

“Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə SOCAR, “Bakı Metropoliteni”, “Azərişıq”, “Azercell”, “Bakcell”, “Nar”, “Azərsun Holdinq”, “Gilan Holdinq”, Sumqayıt Texnologiyalar Parkı və digər dövlət, eləcə də özəl şirkətlər vakant iş yerləri təqdim edirlər. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə şirkət nümayəndələri təmsil etdikləri müəssisələr tərəfindən təklif olunan vakansiyalar haqqında iştirakçılara ətraflı məlumat verirlər. İşə düzəlmək arzusunda olan gənclərin CV-ləri qəbul edilir.