BP və tərəfdaşları indiyədək Azərbaycandakı layihələrə 72 milyard dollardan çox sərmayə yatırıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
“BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan çox sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib. Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir”, - deyə məlumatda bildirilir.