“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
“Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.
Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 81,4 faiz təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq sərnişin və kreslo-kilometrlərin sayı, həmçinin yüklənmə səviyyəsindəki artım Türkiyəyə və “Türk Hava Yolları”na olan marağın artmasının mühüm göstəricisidir.
Bu ilin noyabr ayında sərnişin axınının artımı davam edib. Hesabat ayında daşınan sərnişinlərin ümumi sayı 4 faiz artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi 81,4 faizə qalxıb.
Cari ilin noyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84 faizə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 8 faiz, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 13 faiz artıb.
Noyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 25 faiz artıb. Artım əsasən Afrika (32 faiz), Şimali Amerika (45 faiz), Uzaq Şərq (23 faiz) və Avropa ölkələri (21 faiz) hesabına baş verib. Noyabr ayında Afrika və Şimali Amerika regionlarının hər biri üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi, Orta və Uzaq Şərq ölkələri üzrə isə müvafiq olaraq 3 və 2 faiz bəndi artıb.
Cari ilin yanvar-noyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10 faiz artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 69,7 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
Yanvar-noyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85 faizə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sərnişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12 faiz artıb.
Cari ilin ilk 11 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25 faiz artaraq 1,3 milyon tondan çox olub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb