Onun sözlərinə görə, anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni "Teleteatr"ın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev küçələri istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.
Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcəklər.