logo

Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək

17:15 11-12-2018 | icon 3143
Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək

Dekabrın 14-də Moskvada Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 17-ci iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, iclasa Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev sədrlik edəcəklər.

İclasda iki ölkə arasında, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə ediləcək.

Hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsi, işgüzar dairələr arasında qarşılıqlı fəaliyyət şəraitinin yaxşılaşdırılması, habelə 2018-ci il sentyabrın 1-də Soçi şəhərində Rusiya və Azərbaycan prezidentlərinin görüşündə qəbul edilmiş qərarların həyata keçirilməsi yolları iclasda əsas müzakirə mövzuları olacaq.