logo

Sabah Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

12:08 11-12-2018 | icon 2667
Sabah Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni, Teleteatrın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsində, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.