Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunmuş məşğulluq sərgisində iştirak edib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və ASAN Xidmətin birgə təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı”çərçivəsində keçirilən əmək yarmarkasında 70 şirkət iştirak edib.Tədbir iştirakçılarına “Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.
Qeyd edək ki, özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət bir sıra iri karyera sərgisində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.
Şirkətdən verilən məlumatda qeyd edilir ki, "Bakcell" gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini bundan sonra da davam etdirəcək.