Sabah Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Xətai rayonunun Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 millimetrlik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar dekabrın 11-də saat 09:00-dan təmir işləri yekunlaşanadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Azadlıq, Mədinə Gülgün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.