logo

İmişli Şəkər Zavodu hələ də zərərlə işləyir

20:57 10-12-2018 | icon 3332
İmişli Şəkər Zavodu hələ də zərərlə işləyir

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) hələ də zərərlə işləyir. 

YeniAvropa xəbər verir  ki, bu barədə "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən deyib. O, zavodla bağlı atılacaq gələcək addımları da söyləyib.  

“İmişli Şəkər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə Abdolbari Goozal vurğulayıb.