Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır
Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır.
YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Bakıda keçirilən “AgTech and Green Energy” Beynəlxalq Forumunun açılış mərasimində deyib.
Türkiyədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır.