Azərbaycan və Türkiyə kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq edəcəklər.
YeniAvropa xəbər verir ki, bununla bağlı dekabrın 10-da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında protokol imzalanıb.
Kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli imzalayıblar.