logo

Lənkəranda zəlzələ baş verib

12:10 10-12-2018 | icon 2569
Lənkəranda zəlzələ baş verib

Dekabrın 10-da Lənkəran stansiyasından 24 kilometr şimal-qərbdə, Lənkəran-Lerik sərhədində 3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:52:37-də qeydə alınıb.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.