logo

DSX əməkdaşları dənizdə qalmış iki balıqçını xilas ediblər

11:33 10-12-2018 | icon 3983
DSX əməkdaşları dənizdə qalmış iki balıqçını xilas ediblər

Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sahildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında iki nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, texniki nasazlıq səbəbindən dənizdə qalmış “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı sərhəd gözətçi gəmisinin xilasetmə tədbiri nəticəsində yedəyə alınıb və iki balıqçı xilas edilib.

Xidmətin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayonunun sakinləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfail oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyənləşib.