logo

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

10:52 10-12-2018 | icon 2429
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.

YeniAvropa xəbər verir  ki, ADA Universitetində keçirilən forumda kənd təsərrüfatı naziri İnam Kərimov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.