Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası gələn il daha bir layihə həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu haqda Assosiasiyanın sədri Səbuhi Abbasov bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində Gənclər Fondunun dəstəyi ilə Bakıda Azərbaycan-Slavyan gənclərinin birinci forumu təşkil ediləcək.
Qeyd olunub ki, gələn ilin fevralında keçiriləcək forumda 18 ölkənin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. S.Abbasov forumun ölkəmizin dünyada təbliğinə töhfə verəcəyinə inandığını bildirib.