Elektron ticarətə həsr olunmuş tədbir keçirilib
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan “Shop.az”-ın birgə təşkilatçılığı ilə E-Commerce 1.0 tədbiri keçirilib.
YeniAvropa xəbər verir ki, “Shop.az” saytının təsisçisi və “Akhundoff Group” şirkətlər birliyinin rəhbəri Telman Axundov tədbirin məqsədinin dövlət nümayəndələri, pərakəndə satış şirkətləri, marketinq agentlikləri, çatdırılma şirkətləri, ödəmə platformaları və digər elektron ticarət (e-ticarət) mühitinin iştirakçılarını bir araya gətirmək, onlara bu istiqamətdə davamlı inkişaf üçün konstruktiv həll yolları təqdim etmək olduğunu deyib. Sonra saytın təsisçisi iştirakçılara e-ticarət bazarının ümumi vəziyyəti haqqında geniş məlumat verib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim rəhbərlik etdiyi qurum haqqında danışıb: “Mərkəzimiz innovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirir. Bura, həmçinin, Azərbaycanda, o cümlədən onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir”. Sonra o, Azərbaycanda elektron ticarətin hazırkı vəziyyəti haqqında məlumat verib.
“Shop.az” elektron ticarət platformasının direktoru Ramiz Əlili bildirib ki, bu qurum yerli pərakəndə satış şirkətləri və onların məhsullarının müştərilər tərəfindən rahat seçilməsini təmin edir. “Shop.az”ın peşəkar komandası daim innovativ həllərlə çıxış edir və bu sahədə daha ciddi dəyər yaradan şirkət olmaq missiyasını daşıyır. R.Əlili yerli bazarın onlayn ticarətə hazır olub-olmaması haqqında da öz fikirlərini bölüşüb və tövsiyələrini verib.
Özəl sektoru əhatə edən elektron ticarətə həsr olunmuş tədbirdə bu sahədə nailiyyətlər əldə etmiş irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşüblər.
Tədbir panel müzakirələrlə davam etdirilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb