Dekabrın 7-də soyğunçuluğa görə axtarışda olan iki şəxs saxlanılıb. YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olanlar - İntiqam Ağayev Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları, Cəmaləddin Əzizov isə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.