Bakı-Sumqayıt avtomagistralında 20 Yanvar dairəsi istiqamətində hərəkət edən 119 saylı sərnişin avtobusu aşıb.
YeniAvropa xəbər verir ki, qəza zamanı 3-ü qadın, 6-sı kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 63 yaşlı qadının vəziyyəti ağır, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.
Hadisənin başvermə səbəbləri araşdırılır.