logo

İstirahət günlərində səyahətə çıxanların nəzərinə

18:15 07-12-2018 | icon 2443
İstirahət günlərində səyahətə çıxanların nəzərinə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - dekabrın 8-9-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa-ya  verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin arabir yağışlı, dumanlı olacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 3-5° isti olacaq.

Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 9-12°, dağlıq rayonlarda 6-9° isti olacağı bildirilir.

Aran rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağışlı olacağı gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın maksimal temperaturunun 8-13° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağışlı olacağı dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 6-11° isti olacağı gözlənilir.

Paytaxtda isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 9-11° isti olacağı bildirilir.